Millimizin rəqibi Taylandla qarşılaşacaq

Millimizin rəqibi Taylandla qarşılaşacaq
XƏBƏR 13 Fevral 2023 / 16:48 791
-  A +

Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Estoniya yığması yoldaşlıq oyunu keçirəcək.

Qol.az Estoniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda Tayland seçməsi ilə qarşılaşacaq.

Fevralın 17-də Tallində oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan və Estoniya arasında ilk oyun iyunun 17-də Bakıda, ikinci görüş isə oktyabrın 13-də Tallində gerçəkləşəcək.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner