Klopp qərarını verdi

Klopp qərarını verdi
XƏBƏR 13 Fevral 2023 / 14:38 4139
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubdakı gələcəyi ilə bağlı qərarını verib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis bu barədə öz açıqlamasında danışıb.

Bir müddətdir ki, komandanın uğursuz nəticələrinə görə Kloppun "Liverpul"u tərk edəcəyi barədə xəbərlər yayılıb. Lakin almaniyalı çalışdırıcı açıqlamasında "mersisaydlılar"dan getməyəcəyini deyib: 

"İnsanların beə düşünməsini anlayıram. Amma heç yerə getməyəcəyəm, gedə bilmərəm. Üzərimdə həddindən artıq çox məsuliyyət var. Hər şeyi yenidən qaydasına salmaq istəyirəm. Çətin bir dövrdən keçirik. Bu çətin zamanlarda "Liverpul"un çox özəl olduğunu göstərməliyik. Burada qalmaq üçün 100 faiz qərarlıyam. Qalib gəlsək, özümü uğurun bir parçası kimi hiss edərəm. Amma məğlub olsaq, məsuliyyəti 100 faiz öz üzərimə götürürəm".

Qeyd edək ki, Klopp 2015-ci ildən "Liverpul"un baş məşqçisidir. Onun komandası bu mövsüm Premyer Liqada çıxdığı 20 matçdan 8-də qalib gəlib, 5-də heç-heçə edib, 7 dəfə isə uduzub. "Liverpul" hazırda turnir cədvəlində 29 xalla 10-cudur.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner