"Dinamo" Zaqreb daha iki oyunçusunu icarəyə verir

"Dinamo" Zaqreb daha iki oyunçusunu icarəyə verir
XƏBƏR 13 Fevral 2023 / 14:10 2249
-  A +

Zaqreb "Dinamo"su üç futbolçusunu icarəyə verir.

Qol.az-ın Xorvatiya mətbuatına istinadən yaydığı xəbərə görə, Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli ilə yanaşı daha iki futbolçu ilə ən azı bu mövsümün sonuna qədər yollar ayrılacaq. Öncədən xəbər verdiyimiz kimi, M.Emreli Türkiyə superliqa təmsilçisi mövsümün sonuna kimi icarə əsasında  "Konyaspor"da çıxış edəcək. Futbolçunun çıxışı uğurla olarsa, onun birdəfəlik transfer edilmək ehtimalı da var.

Bundan başqa "Dinamo" əsas heyətə düşməkdə çətinlik çəkən müdafiəçilər Daniel Ştefulu "Tsele"yə (Sloveniya), Stefan Miliçi isə "Semtemvri"yə (Bolqarıstan) icarəyə göndərir.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner