Emre Çolak "Ölüm var" deyib, futbolla vidalaşdı

Emre Çolak "Ölüm var" deyib, futbolla vidalaşdı
XƏBƏR 13 Fevral 2023 / 14:05 4103
-  A +

Türkiyə millisinin sabiq üzvü Emre Çolak ölkədə baş verən güclü zəlzələnin nəticələrindən təsirlənərək karyerasını başa vurub.

Qol.az xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarında məlumat yayıb. Emre Çolak ailəsinə, sevdiklərinə daha çox vaxt ayırmaq istədiyi üçün belə addım atdığını bildirib: "Futbolla vidalaşdım. Üzərimdə əməyi olan hər kəsin əllərindən öpürəm. Allah sizdən razı olsun. Bu gündən sona ailəmin xoşbəxtliyi üçün yaşayacağam. Ölüm var, sevdiklərinizlə zaman keçirib".

E.Çolak 2012-2017-ci illərdə Türkiyə millisinin formasını geyinib. O ötən ay İspaniyanın 3-cü liqa təmsilçisi "İntersiti" ilə müqavilə bağlamışdı.

Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. 31 min nəfərdən çox şəxs həyatını itirib, 80 min nəfərdən çox insan yaralanıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner