"Beşiktaş"ın kapitanı dağıntılardan xilas edilən uşağa forma hədiyyə etdi

"Beşiktaş"ın kapitanı dağıntılardan xilas edilən uşağa forma hədiyyə etdi
XƏBƏR 13 Fevral 2023 / 11:53 1066
-  A +

"Beşiktaş"ın kapitanı Jozef de Souza Türkiyədənin Kahramanmaraş bölgəsindəki zəlzələnin dağıntıları altından xilas edilən Arda Can Övün üçün Adanaya gedib.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu barədə öz sosial şəbəkə hesablarında paylaşıb. O, dağıntılardan 128 saat sonra çıxarılan, "Beşiktaş" azarkeşi olan 13 yeniyetməyə klubun formasını hədiyyə edib. 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib, 30 min nəfər həyatını itirib. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner