Qvardiola Kloppun rekordunu qırdı

Qvardiola Kloppun rekordunu qırdı
XƏBƏR 13 Fevral 2023 / 09:06 1919
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada 250-ci matçına çıxıb.

Qol.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, bu saya ötən gün  yerli çempionatın 23-cü turunda evdə "Aston Villa"nı 3:1 hesabı ilə məğlub etdikləri matçda çatıb.

Həmçinin bu, Qvardiolanın Premyer Liqada 184-cü qələbəsi kimi tarixə düşüb. Belə nəticə isə rekord deməkdir. Pep Premyer Liqada ilk 250 matçında 184 qələbə qazanmağı bacaran ilk məşqçidir.

Əvvəlki rekord isə "Liverpul"un çalışdırıcısı Yurgen Kloppa məxsus idi.  O, ilk 250 oyununda 160 dəfə qalib gəlib.

“Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırmış Joze Mourinyonun hesabında 158 qələbə var. “Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger 146, Rafael Benites ("Liverpul", "Çelsi", "Nyukasl", "Everton") 138 qələbəyə sahibdir.

Qvardiolanın qələbə faizi 73,6 faizdir. Bu, Premyer Liqanın hazırkı məşqçiləri arasında da ən yaxşı göstəricidir.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner