"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?
XƏBƏR 13 Fevral 2023 / 00:09 8909
-  A +

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Gent” (Belçika) oyununa bilet satışı davam edir. 

Qol.az Ağdam təmsilçisinin mətbuatına istinadən xəbər verir ki, artıq sözügedən matç üçün 21 min bilet satılıb. Satışda bütün kateqoriyalara biletlər qalıb. Biletləri Iticket.az və kassalardan ala bilərsiniz.

Biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir.

 Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (11:00-22:00).


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner