Dadaşov oynadı, “Şalke” heç-heçə etdi

Dadaşov oynadı, “Şalke” heç-heçə etdi
XƏBƏR 12 Fevral 2023 / 22:38 2877
-  A +

Almaniyanın Qərb Regional Liqasında 22-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası doğma meydanda Köln “Fortuna”sı ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.

“Şalke”nin ikinci komandası bu nəticədən sonra 34 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner