"Qəbələ"nin sabiq məşqçisi zəlzələ nəticəsində vəfat etdi

"Qəbələ"nin sabiq məşqçisi zəlzələ nəticəsində vəfat etdi
XƏBƏR 12 Fevral 2023 / 17:44 3011
-  A +

2009-2015-ci illərdə “Qəbələ” Futbol Akademiyasında qapıçı məşqçisi işləyən Uğur Kurt Türkiyədəki zəlzələ nəticəsində vəfat edib.

Qol.az "Hürriyet"ə istinadən xəbər verir ki, bunu "Başakşehir"in prezidenti Göksel Gümüşdağ açıqlayıb.

"Akademiyamızda işləmiş, son olaraq "İskenderunspor"da çalışan Uğur Kurtun vəfat xəbərini üzüntü ilə öyrəndik" - deyə o bildirib.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis  “Zeytinburnuspor” (2004), “Qalatasaray” (2006), “Sarıyer” (2015), “Boluspor” (2016), “Karagümrük” (2016), “Manisaspor” (2017), “İstanbulspor” (2018), “Başakşehir” (2022) klublarında da fəaliyyət göstərib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner