Superliqa klubu Mahirlə bağlı xəbərləri təsdiqlədi

Superliqa klubu Mahirlə bağlı xəbərləri təsdiqlədi
XƏBƏR 12 Fevral 2023 / 09:18 4480
-  A +

Türkiyə Superliqa təmsilçisi “Konyaspor” Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə danışıqlar apardıqlarını təsdiqləyib.

Qol.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru Mustafa Göksu “CBC Sport” telekanalına açıqlamasında bildirib.

“Mahirə marağımız var. Şərtlər uyğun olsa, onu almaq istəyirik. Danışıqlar 90 faiz bitib. Onu bura çağırırıq” - deyə o bildirib.

M.Emreli 2022-ci ilin yanvarından hazırkı klubu “Dinamo” Zaqrebdə oynayır. Xorvatiya mətbuatının yazdığına görə, “Konyaspor” Mahiri sonradan birdəfəlik transfer etmək hüququ ilə icarəyə götürmək istəyir.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner