Mahir Emreli Türkiyə klubuna keçir

Mahir Emreli Türkiyə klubuna keçir
XƏBƏR 11 Fevral 2023 / 20:53 10003
-  A +

Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Qol.az xəbər verir ki, bu barədə Xorvatiya və Türkiyə mətbuatı məlumat yayıb. Superliqa təmsilçisinin 25 yaşlı hücumçu ilə razılığa gəldiyi və müqavilə imzalamağa yaxın olduğu bildirilib. Onun bu mövsümün sonuna kimi icarə əsasında "Konyaspor"da oynayacağı vurğulanıb. Konya klubununun yayda futbolçunu birdəfəlik almaq hüququ olacaq.

Qeyd edək ki, M. Emreli ötən ilin yanvarından Zaqreb təmsilçisində oynayır.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner