"Səbail"də serbiyalı futbolçu

"Səbail"də serbiyalı futbolçu
XƏBƏR 11 Fevral 2023 / 20:30 1906
-  A +

“Səbail” Macarıstanın “Uypeşt” komandasından icarə əsasında Matiya Lyuyiçi heyətinə cəlb edib. 

Qol.az klubun saytına istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, Serbiyada “Teleoptik” klubunun yetirməsi olan Matiya Lyuyiç karyerası ərzində “Partizan”, “Mladost”, “Jalgiris” (Litva), “Vellinqton Feniks” (Avstraliya), “Belenenseş” (Portuqaliya, “Qanqvun” (Cəbubi Koreya), “Bney Yehuda” və Hayfa “Hapoel”inin (hər ikisi İsrail) formasını geyinib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner