Musa Ramili keçdi

Musa Ramili keçdi
XƏBƏR 11 Fevral 2023 / 19:02 2937
-  A +

"Qarabağ"ın futbolçusu Musa Qurbanlı Misli Premyer Liqasının bu mövsüm üçün bombardirlər siyahısında vahid lider olub.

Qol.az xəbər verir ki, o, buna Misli Premyer Liqasının 22-ci turunda "Sabah"la matçda (1:1) qol vuraraq nail olub. 

Bununla millimizin üzvü ölkə çempionatında bu mövsüm vurduğu qolların sayını 16-ya yüksəldib və komanda yoldaşı Ramil Şeydayevi (15 qol) geridə qoyub.

Qeyd edək ki, oyun bitəndən sonra “Qarabağ” matçın nəticəsini Musa Qurbanlının taxtda oturduğunu əks etdirən şəkillə paylaşıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner