«Xəzər-Lənkəran»ın baş məşqçisi İqor Ponomaryov komandamısının dünən «Karvan»a qarşı keçirilən oyunundan razı qaldığını, amma yaranan qol epizodlarından istifadə edə bilmədikləri üçün yalnız bir xala kifayətləndiklərini bildirib. Qol.Az-ın müxbiriylə söhbətində İ.Ponomaryov bir çox qol vəziyyətini boşa verdiklərini söyləyib: «Amma futbolçularım əllərindən gələni etdilər. Onlar bu matçın əhəmiyyətini və məsuliyyətini yaxşı anlayırdılar. Dünən meydanda gərgin mübarizə vardı. Biz qələbə qazanmaq istəyirdik. Bunu futbolçuların oyunudan da hiss etdim. Bilirsiniz ki, keçirdiyimiz yoxlama oyunlarının hamısında rəqib qapısına yol tapmışıq. Bu qarşılaşmada isə istəyimizə çata bilmədik». İ.Ponomaryov bir tərəfdən də komandada zədəli futbolçuların olmasının «XL»in işimizi çətinləşdirdiyini söyləyib: «Rəşad Abdullayevin yoxluğu özünü göstərdi. Bundan əlavə Emin Quliyevin də zədəsi var». «Əhməd Dursunun oyunu barədə nə deyə bilərsiniz» sualına isə Ponomaryov belə cavab verib: «Deməzdim ki, Əhmədin oyunundan razı qaldım. Onun fiziki formada olmadığını bilirdim. Çünki on günə yaxın idi ki, xəstəydi və hələ tam bərpa olmamışdı. Amma buna baxmayaraq, ona oynamaq şansı verdim. İstəyirdim ki, o da meydandakı ab-havaya alışsın, komandaya uyğunlaşsın. Futbolçunun özü ilə də söhbət etmişəm. Ahmet Dursunda tezliklə əvvəlki fiziki formasını bərpa edib oynamaq istəyir. Gələcək matçlarda onun meydana çıxması özündən asılıdır».
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu