Kvaratsxeliya qərarını verdi

Kvaratsxeliya qərarını verdi
XƏBƏR 11 Fevral 2023 / 15:39 8854
-  A +

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya 2022/232  mövsümün sonunda komandanı tərk etmək niyyətində deyil.

Qol.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. "Napoli"nin idman direktoru Kristiano Kvintoli 21 yaşlı yarımmüdafiəçinin meneceri ilə əlaqə saxlayıb. Kvaratsxeliya hazırkı komandada xoşbəxtdir və müxtəlif transfer söz-söhbətlərinə baxmayaraq, ayrılmaq istəmir.

Gürcüstanlı oyunçununn "Napoli" ilə müqaviləsi 2027-ci ilə qədər hesablanıb. Lakin Xviçanın maaşı xeyli azdır. "Napoli" onun maaşını ikiqat artırmaq niyyətindədir.

Xatırladaq ki, Xviça bu ilin yayından "Napoli"də oyayır. O, Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner