"Milan" 3000-ə çatdı

"Milan" 3000-ə çatdı
XƏBƏR 11 Fevral 2023 / 15:08 1208
-  A +

A seriyasının 22-ci turunda "Torino" ilə matç “Milan” üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, klub İtaliya çempionatları tarixində 3000-ci oyununu keçirib. "Milan" 3000 matç həddinə çatan 4-cü komandadır. İndiyədək “İnter”, “Roma” və “Yuventus” bu nəticəni göstəriblər. 

“Milan” bu 3000 oyunda1458-də qələbə qazanıb, 879 dəfə heç-heçə edib və 663 oyunda məğlub olub.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner