Çaçiç Mahiri niyə oynatmadı? - Açıqlama

Çaçiç Mahiri niyə oynatmadı? - Açıqlama
XƏBƏR 11 Fevral 2023 / 14:34 6001
-  A +

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” dünən Xorvatiya çempionatında növbəti oyuna çıxıb.

Zaqreb təmsilçisi 20-ci turda “İstra 1961”i qəbul edib. Oyun "Dinamo"nun 1:0 hesablı qələbsi ilə başa çatıb. Görüşdəki yeganə qolu 37-ci dəqiqədə Stefan Ristovski vurub.

Qol.az xəbər verir ki, Mahir Emreli bu oyunda meydana çıxmayıb. O, sonadək ehtiyat oyunçular arasında qalıb. Ümumiyyətlə, görüşdə “Dinamo”nun baş məşqçisi Ante Çaçiç cəmi iki əvəzləmə edib. 46-cı dəqiqədə Drniçin əvəzinə mərkəz hücumçusu Bruno Petkoviç, 90+3-cü dəqiqədə isə Baturinanın yerinə Marko Bulat oyuna daxil olub.

Matçdan sonra keçirilən mətbuat konfransında A.Çaçiç Mahir də daxil olmaqla bir neçə oyunçusuna şans verməməsi haqda da danışıb. O deyib: “Bütün 90 dəqiqə bizim üçün ağır keçdi. Biz bir an da olsa oyuna nəzərəti itirmək istəmirdik. Mən hətta bir çox oyunçumu əvəzləmək istəmədim. Bunun səbəbi isə o idi ki, yaxaladığımız yaxşı oyun ritmimizin qırılmasını istəmədim”.

Xatırladaq ki, Emreli bu mövsüm Xorvatiya çempionatında 10 oyunda meydana çıxıb, 3 qol vurub. O, bütün bu rəsmi görüşlərdə ehtiyatda yer alıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner