Türkiyədə baş verən faciə hər birimizi sarsıtdı. Cənab Prezidentimizin çağırışdan sonra biz də “Huner Group” olaraq bu yardım kampaniyasına qoşulduq. Türkiəyli qardaşlarımızın yaralarının sağalması üçün əlimizdən gələni edirik. Acılı günlər olsa da, işlərimizi də dayandıra bilmərik. Bu gün “Turan Tovuz”la “Huner Group” arasında sponsorluq müqaviləsinin imzalanması çox sevindirici haldır”.
Qol.az saytının məlumatına görə, bu sözləri bu gün “Turan Tovuz”la sponsorluq müqaviləsi imzalayan “Huner Group”un təsisçisi və direktoru Ehtiram Quliyev deyib.
O qeyd edib ki, danışıqlar müddətində bəzi sualları olub: “Turan Tovuz”da çox gözəl şərait yaradılıb. 9 illik fasilədə komanda I divizonda çempion olsa da, maliyyə problemlərinə görə Premyer Liqaya yüksələ bilməyib. Qismət bu mövsümə imiş. Yaydan Futbolun İnkişaf Fondu ilə danışıqlar aparırdıq. Tərəddüdlərimiz, suallarımız vardı, həm idarəçilik, həm də şəffaflıq baxımından. Sağ olsunlar ki, hər bir sualımızı cavablandırdılar. Bura bu gün yığışmağımızda əsas rol Futbolun İnkişaf Fondunundur. İqtisadiyyatımız güclənir, şaxələnir. Amma 1992-ci ildə belə deyildi. Hənin çətin dövrdə komandaya dəstək olan şəxslər qəhrəmanlıq göstəriblər. Vidadi Əhmədov başda olmaqla. Onların adları “Turan”ın tarixinə qızıl hərflərlə yazılıb, biz bütüb bunları heç vaxt unutmayacağıq”.
E.Quliyev bildirib ki, sponsorun gələn kimi klubdan nəticə tələb etməsi düzgün deyil: “Təkcə əsas komanda deyil, uşaq futboluna da diqqət ayıracağıq. Sponsor gələn kimi nailiyyət əldə olunmur. Bu, gələcəyin işidir. Bu gün yatırım edirik ki, faydasını 5-10 il sonra görə bilək. Futbol nailiyyəti olsa, nə gözəl. Amma uğursuz olsa belə, bu, bizi ruhdan sala bilməz. “Turan Tovuz” hətta I Diviziona düşsə belə, sponsorluğumuzu davam etdirəcəyik”.
Şirkət rəhbəri qeyd edib ki, sponsorluq müqaviləsindən sonra “Huner Group”un da “Turan Tovuz”un İdarə Heyətində təmsilçiləri olacaq: “İdarə Heyətində 2 üzvümüz təmsil olunacaq. Bu təklif klubdan gəldi, biz də qəbul etdik. Özümüz də, könlümüz də, ruhumuz da “Turan Tovuz”un yanındadır”.
Ehtiram Quliyev digər iş adamlarına da sponsorluqla bağlı çağırış edib: “Sponsorluq məcburi ola bilməz. Amma mən digər bölgələrdən olan iş adamlarına da səslənirəm. Onlar da əllərini daşın altına qoymalıdırlar”.
O, sponsorluqla bağlı AFFA-nın da fikrini öyrəndiklərini bildirib: “Bu gün burda AFFA-dan heç kim təmsil olunmasa da, onlar bəlkə də gözəgörünməyən qəhrəmanlardır. Təbii ki, danışıqlar zamanı onlarla da söhbətimiz oldu, fikirlərini öyrəndik. Bugünkü gündə futbolumuzda aparılan işlər bizim üçün də maraqlıdır və buna görə də sponsorluqla bağlı təklifi qəbul etdik. Tovuzlu olmasaydım belə, “Turan Tovuz”a sponsorluq edərdik. Burada “Turan” adı var. Bu, təkcə ad deyil, vizyondur. “Turan” adı altında birləşməmək mümkün deyil. Əvvəllər öncəliyimiz işğal altındakı Qarabağ idi, cənab Prezidentimizin sayəsində o məsələni həll etdik. İndi öncəliyimiz “Turan”dır”.
5 qol, kobrasayağı sevinc və Kadinin əla dönüşü - Şəkillər
"Mançester Siti" azarkeşlərindən "Real"la matç üçün pankart
“Qarabağ”dan 16 dəqiqəyə 5 qol - Video
Kadi "Qarabağ"a qolla qayıtdı - Video
"Qarabağ" "Səbail"i darmadağın etdi
"Real" onunla danışıqlara başladı
"Qarabağ" - "Səbail" matçı üçün - Heyətlər
"Qəbələ" onu Premyer Liqa klubundan transfer etdi - Rəsmi
Millimizin baş məşqçisi: "Hazırlığımız yaxşı keçir"
“Qarabağ” onunla yolları ayırdı
"Olimpiakos"dan "Başakşehir"ə - Rəsmi
İngiltərə kubokunda 1/8 final cütləri
"Real" yayda onu göndərəcək
"Qalatasaray"dan yeni transfer
ÇL-in oyunlarını yayımlayacaq kanallar
"Qarabağ" mənə qalmağı təklif etdi, amma..." - Andrey Lunyov
“Araz-Naxçıvan”ın 100-cü oyunu
"Qarabağ"la oyuna 3 xal üçün çıxacağıq" - Emin Mahmudov
Azərbaycan millisinin sabiq üzvü Qırğızıstan klubunda
"Sabah"ın 80-ci qələbəsi
"Neftçi" üçün əlamətdar oyun
"İnter"də itki
Diniyevin transferi rəsmiləşdi
“Feyenord” baş məşqçisi ilə yollarını ayırdı
“Neftçi”nin növbəti transferi - Aleks Fernandes
“Real”ın “Mançester Siti” ilə ilk oyun üçün heyəti açıqlandı
“Trabzonspor” qalib gəldi, “Göztəpə” xal itirdi
"Akademiyamızın bir neçə futbolçusu əsas komandanın məşqlərinə qoşulur" - Aftandil Hacıyev
Kadi “Qarabağ”da məşqlərə başladı - Şəkillər
“Zirə” - “Neftçi” oyununda futbol adına əla sonluq
4 matça 8 qol vurdu, ayın oyunçusu seçildi
"Araz-Naxçıvan"la "Kəpəz"in bugünkü oyunundan - Video
"Beşiktaş" daha bir transferi açıqladı