İkardi 87 saat sonra xilas edilən gənc üçün forma imzaladı

İkardi 87 saat sonra xilas edilən gənc üçün forma imzaladı
XƏBƏR 11 Fevral 2023 / 10:37 1312
-  A +

"Qalatasaray"ın məşhur futbolçusu Mauro İkardi Türkiyənin Adıyaman bölgəsində 87 saat sonra dağıntılar altından çıxarılan Kadir adlı gəncin istəyini yerinə yetirib.

Qol.az "NTV Spor"a istinadən xəbər verir ki, Kadir xilas edildikdən sonra Mauro İkardinin qol sevinci hərəkətini edib. O, İkardinin imzalı formasını istədiyini bildirib. 29 yaşlı hücumçu isə 14 yaşlı gəncə üçün "Qalatasaray"ın heyətində geyindiyi 99 nömrəli formanı imzalayaraq hədiyyə edib. 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son məlumatlara görə, fəlakət nəticəsində 21 min nəfərdən çox insan ölüb, 81 min nəfərdən çox şəxs isə yaralanıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner