Avropanın "TOP-5" liqalarından Türkiyəyə ehtiram

Avropanın "TOP-5" liqalarından Türkiyəyə ehtiram
XƏBƏR 11 Fevral 2023 / 09:14 1789
-  A +

Avropanın "TOP-5" liqalarının bu həftəsonu keçiriləcək matçlarında Türkiyədə baş verən güclü zəlzələdə həyatını itirənlərin xatirəsi yad olunacaq. 

Qol.az xəbər verir ki, buraya İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A seriyası, Fransa Liqa 1-i və Almaniya Bundesliqası daxildir. İngiltərə Premyer Liqasının oyunlarında komandalar meydana qollarına qara sarğı taxaraq çıxacaqlar.

Digər çempionatların oyunları isə 1 dəqiqəlik sükutla başlayacaq.

Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 21 min nəfərdən çox insan ölüb, 81 min  nəfərdən çox şəxs isə yaralanıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner