"Real" Benzema ilə müqaviləni uzadıb

"Real" Benzema ilə müqaviləni uzadıb
XƏBƏR 10 Fevral 2023 / 22:39 1429
-  A +

"Real" futbolçusu Kərim Benzema ilə müqaviləsini uzadıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti öz açıqlamasında bildirib. Madrid təmsilçisi 35 yaşlı hücumçu ilə 2024-cü ilin yayınadək yeni sözləşmə imzalayıb:

"Kərim gələn mövsüm də bizim hücumçumuz olacaq. O, həmişə olduğu kimi əla iş görəcək".

Xatırladaq ki, fransalı forvardın "Real"la sözləşməsi bu mövsümün sonunadək idi. Benzema La Liqanın cari mövsümündə 12 matçda 9 qol vurub və 2 qolun ötürməsini verib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner