Braziliya millisini Ançelotti çalışdıracaq? - Rəsmi açıqlama

Braziliya millisini Ançelotti çalışdıracaq? - Rəsmi açıqlama
XƏBƏR 10 Fevral 2023 / 21:39 3024
-  A +

Braziliya Futbol Federasiyasından "Real"ın baş məşqçisi Karlo Ançelottinin yerli milli komandanı çalışdıracağı barədə yayılan məlumatlara münasibət bildirilib.

Qol.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında açıqlama yayılıb. Braziliya Futbol Federasiyası sözügedən məlumatları təkzib edib.

Daha əvvəl italiyalı mütəxəssis və Braziliya Futbol Federasiyasının 3 illik müqavilənin detallarını müzakirə etdiyi haqda xəbərlər yazılmışdı.

Xatırladaq ki, Braziliya millisinin son baş məşqçisi Tite olub. O, yığmanın DÇ-2022-nin 1/4 finalında mübarizəni dayandırması səbəbindən istefaya göndərilib.

Qeyd edək ki, Ançelotti ilə "Real" arasındakı müqavilə 2024-cü ilə qədərdir.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner