İlin ən yaxşı kişi və qadın futbolçuları üzrə finalçılar açıqlandı

İlin ən yaxşı kişi və qadın futbolçuları üzrə finalçılar açıqlandı
XƏBƏR 10 Fevral 2023 / 20:59 1484
-  A +

FİFA 2022-ci ilin ən yaxşı kişi və qadın futbolçuları nominasiyaları üzrə mükafatların ("The Best" mükafatı) finalçılarını açıqlayıb.

Qol.az qurumun rəsmi saytına istinadən məlumatına görə, kişilər üzrə siyahıda 3 futbolçu yer alıb. Onlar aşağıdakılardır:

Kişi futbolçular

1. Kərim Benzema (Fransa / "Real")

2. Lionel Messi (Argentina / PSJ)

3. Kilian Mbappe (Fransa / PSJ)

Ən yaxşı qadın futbolçular üzrə siyahıda da 3 oyunçu yer alıb:

Qadın futbolçular

1. Bet Mid (İngiltərə, "Arsenal")

2. Aleks Morqan (ABŞ, "San Dieqo Veyv")

3. Aleksiya Putelyas (İspaniya, "Barselona")

Qeyd edək ki, "The Best" mükafatı fevralın 27-də təqdim ediləcək.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner