Merih Messinin Türkiyəyə yardım etdiyini açıqladı

Merih Messinin Türkiyəyə yardım etdiyini açıqladı
XƏBƏR 10 Fevral 2023 / 19:58 3822
-  A +

PSJ və Argentina millisinin futbolçusu Lonel Messi də Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə biganə qalmayıb.

Qol.az xəbər verir ki, 35 yaşlı hücumçunun PSJ-nin heyətində oyunda geyindiyi və imzaladığı forma hərracda satılacaq və əldə olunan gəlir Türkiyəyə göndəriləcək.

Bu haqda məlumatı Türkiyə millisinin üzvü Merih Demiral məlumat yayıb. O, bildirib ki, türkiyə əsilli futbolçu Hakan Çalhanoğlu və italiyalı qapıçı Canluici Donnarumma Messi ilə əlaqə saxlayıblar, vəziyyəti ona başa salıblar. Nəticədə Messi Türkiyəyə belə bir yardım etmək qərarına gəlib. 

Daha əvvəl Merih Demiral vasitəsi ilə Paulo Dibala, Kriştiano Ronaldo və Leonardo Bonuccinin formaları hərracda satılmışdı. Bundan əldə olunan 5 milyon Türkiyə lirəsi qardaş ölkəyə göndərilib. 

Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son məlumatlara əsasən, fəlakət nəticəsində 19 min nəfərə yaxın insan ölüb, 76 min nəfərə yaxın insan isə yaralanıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner