Xese Rodrigezin yeni klubu

Xese Rodrigezin yeni klubu
XƏBƏR 10 Fevral 2023 / 16:34 2869
-  A +

"Real"ın sabiq futbolçusu Xese Rodrigesin yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, ispaniyalı hücumçu "Sampdoriya"ya keçib. Bu barədə A seriyası klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu yeni klubuna azad agent kimi keçib. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, son olaraq Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Xese PSJ, "Las Palmas", "Stok Siti", "Betis" və "Sportinq"də də oynayıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner