Donyo "Apollon"da ilk qolunu vurdu

Donyo "Apollon"da ilk qolunu vurdu
XƏBƏR 10 Fevral 2023 / 16:00 3509
-  A +

Ötən ay "Neftçi"dən Kiprin "Apollon" klubuna keçən Qodsvey Donyo yeni komandasında ilk qolunu vurub.

Qol.az xəbər verir ki, qanalı hücumçu "Karmiotissa"ya qarşı keçirilən ev oyununun 21-ci dəqiqəsində hesabı açıb.

Görüş "Apollon"un məğlubiyyəti ilə başa çatıb - 3:4.

Qeyd edək ki, Donyo ötən ay "Neftçi"dən "Apollon"a keçib. O, "Neftçi"də 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda 6 qol vurub.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner