Türkiyədə daha bir klub çıxışını dayandırdı

Türkiyədə daha bir klub çıxışını dayandırdı
XƏBƏR 10 Fevral 2023 / 11:35 5537
-  A +

Türkiyə 1-ci liqa təmsilçisi “Yeni Malatyaspor” yarışda çıxışını dayandırıb.

Qol.az “NTV Spor”un saytına istinadən xəbər verir ki, bu haqda klubun prezidenti Ahmet Yaman məlumat verib. 

Həmçinin oxuyun: "Hatayspor" Türkiyə Superliqasında çıxışını dayandırdı

Qeyd edək ki, Türkiyədə bu həftə baş verən güclü zəlzələ nəticəsində Malatya şəhəri də ciddi dağıntılara məruz qalıb.

“Hazırkı vəziyyətdə liqaya davam etməyi düşünmürük. Futbolçu dostlarımız digər şəhərlərə yerləşib. Bazamız yararsız haldadır. Bizə 7-8 ay vaxt lazımdır. Ondan sonra qəti qərar verəcəyik” - deyə klub prezidenti “A Haber”ə bildirib. Onun sözlərinə görə, şəhərdə böyük dağıntı var: “İndi oyun keçirmək ağlımıza belə gəlmir. Liqadan çıxmaqla bağlı qərarı açıqlayacağıq”.

Daha əvvəl “Yeni Malatyaspor”un baş məşqçisi Yılmaz Vural da liqada çıxışlarını dayandıracaqlarını bildirib.

Xatırladaq ki, dünən Türkiyə superliqa təmsilçisi “Hatayspor”un zəlzələdəki zərərlə əlaqədar çempionatda çıxışı dayandırdığı açıqlanıb. Bu haqda Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında deyib. O, "Qaziantep"in də çempionatı tərk etmək ehtimalının olduğunu bildirib: "Hatayspor" bununla bağlı TFF-yə məktub göndərib. "Qaziantep" də çempionatından çıxmaq istəsə, mövsümün qalan hissəsini 17 komanda ilə davam etdirəcəyik. Bu durumda Süperliqadan 4 yox, 2 komanda 1-ci liqaya düşəcək. 1-ci liqadan isə 3 komanda elitaya yüksələcək".

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner