Ovusu Kvabenanın son durumu açıqlandı - Zədəsi ciddidir

Ovusu Kvabenanın son durumu açıqlandı - Zədəsi ciddidir
XƏBƏR 10 Fevral 2023 / 11:01 5143
-  A +

“Ferensvaroş”un zədələnən hücumçusu Ovusu Kvabenanın durumu müəyyənləşib.

Qol.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, Budapeşt klubunun idman direktoru Tamaş Haynal qanalı futbolçunun zədəsinin ciddi olduğunu söyləyib. Klub rəsmisi onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını söyləyib. O deyib ki, Ovusunun Avropa Liqasının 1/8 final mərhələsində ilk oyuna kimi hazır olacağı istisna edilmir. Bu mərhələnin görüşləri 9 və 16 martda keçiriləcək.

Ovusu ötən həftə Macarıstan çempionatının 18-ci turunda "Uypeşt"lə matçın (3:1) sonlarında top uğrunda mübarizə zamanı topuğundan ağır zədə alıb. Futbolçu meydanı xərəkdə tərk edib. O, bundan əvvəl debüt matçında - "Pakş"a qarşı görüşdə (3:1) komandasının ilk qolunu vurmuşdu.

Xatırladaq ki, Ovusu bu ilin yanvarında “Qarabağ”dan “Ferensvaroş”a keçib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner