Avropa Superliqasının təşkilatçıları - "Barselona", "Real" və "Yuventus" Avropa Superliqasını bərpa etməyə hazırlaşırlar.
Qol.az xəbər verir ki, Avropa Superliqasına təşkilatçılıq və sponsor cəlbi ilə məşğul olan A22 şirkətinin baş direktoru Bernd Reyxart "Die Welt" nəşrinə müsahibəsində təsisçi klubların layihənin yeni versiyasını işə salmaq istədiyini açıqlayıb.
A22 şirkəti ötən ilin oktyabr ayından etibarən 50-dək Avropa klubu ilə məsləhətləşmələr aparıb. Həmin vaxtdan indiyədək gedən çalışma prosesinə əsasən turnirin yeni formatda təşkili qərara alınıb.
Avropa Superliqasının yeni versiyasına görə, yarışda daimi üzvlər olmayacaq, 60-80 iştirakçı komandadan ən az 2-3 divizion yaradılacaq. Hər bir komanda mövsümdə ən azı 14 oyun keçirəcək. Hələlik klubların bölgüsü ilə bağlı təfərrüatlar açıqlanmayıb. Turnirdən kənarlaşdırma sisteminin necə olacağı da məlum deyil.
Avropa Superliqasının yenilənmiş formatına əsasən, 3 yaradıcı klub belə ("Real", "Barselona", "Yuventus") aşağı liqaya düşə bilər. İştirak edəcək hər bir klub güclü maddi vəsait qazanmaq fürsəti əldə edəcək. Bu gəlir UEFA-nın avrokuboklarda verdiyi vəsaitdən daha çox olacaq.
Superliqanı 2024/25 mövsümündə başlatmaq nəzərdə tutulur.
Qeyd edək ki, UEFA daha əvvəl bir neçə dəfə bu yarışı tanımayacağını və orada iştirak edəcək klubları öz bayrağı altından təşkil olunan turnirlərdən uzaqlaşdıracağını elan edib.
Xatırladaq ki, 2021-ci ildə aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlamışdılar. UEFA-nın xəbərdarlığından sonra "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası layihəsinin başlaması təxirə salınıb. Lakin bir müddət əvvəl yenidən sözgedən klublar layihəni gündəmə gətiriblər.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?