2009-2015-ci illərdə “Qəbələ” Futbol Akademiyasında qapıçı məşqçisi işləyən Uğur Kurt Türkiyədəki zəlzələ zamanı dağıntılar altında qalıb.
Qol.az msport.az-a istinadən xəbər verir ki, “İskenderunspor” klubunda çalışan 53 yaşlı mütəxəssis zəlzələ olan vaxt klubun məşqçilər üçün ayrılmış binasında olub. “İskenderunspor” klubunun digər məşqçisi Halil İbrahim Sönmez dağıntılar altından çıxarılsa da, Uğur Kurtdan hələ də bir xəbər yoxdur. Qeyd edək ki, “Qəbələ”nin sabiq məşqçisinin dünən çantası tapılıb.
“İskenderunspor” klubunun qapıçısı Berk Balaban Türkiyə mətbuatına hadisəni belə təsəvvür edib: “İlk böyük təkan olduğunda bizim sol tərəfimizdə Uğur Kurt və Halil İbrahim Sönmez hocamızın qaldığı bina çökmüşdü. Biz binanın sadəcə toz dumanını görə bildik.
Uğur və İbrahim hocamızın dağıntıların altında olduğunu bilirdik. Əvəlcə qışqırdıq-bağırdıq, səs gələcəkmi deyə. 1,5 saatdan sonra İbrahim hocamızın səsini eşitmişlər. Gecə saat 3-də özümüz onu çıxara bildik. Vəziyyəti pis idi, aldığım xəbərə görə, təəssüf ki, vəfat etdi. Uğur hocamızdan hələ xəbər ala bilmirik. Xilasedicilər dünən səhər gəlmişdilər. Ondan əvvəl heç bir yardım yox idi. Artıq xeyli vaxt oldu, amma gözəl xəbərlərini gözləyirik”.
“Qəbələ”nin baş meneceri Nail Kərimov bizimlə söhbətdə hadisədən xəbərdar olduqlarını, möcüzə gözlədiklərini deyib.
Xatırladaq ki, Uğur Kurt “Zeytinburnuspor” (2004), “Qalatasaray” (2006), “Sarıyer” (2015), “Boluspor” (2016), “Karagümrük” (2016), “Manisaspor” (2017), “İstanbulspor” (2018), “Başakşehir” (2022) klublarında da fəaliyyət göstərib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət