U-19 millimiz Səudiyyə Ərəbistanı ilə heç-heçə etdi

U-19 millimiz Səudiyyə Ərəbistanı ilə heç-heçə etdi
XƏBƏR 8 Fevral 2023 / 21:19 1036
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti oyununu keçirib. 

Qol.az xəbər verir ki, Səudiyyə Ərəbistanının U-18 komandası ilə qarşılaşma 2:2 hesabı ilə nəticələnib. Millimizin qollarını 5-ci dəqiqədə Murad Məmmədov və 90-cı dəqiqədə penaltidən Sadiq Şəfiyev vurub. 

U-19 eyni rəqiblə fevralın 11-də növbəti dəfə üz-üzə gələcək.

Daha çox


Son xəbərlər