Ötən ay "Əl-Nəsr"dən ayrılan Vinsent Abubakar Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsinin ləğv olunması barədə danışıb.
Qol.az-ın məlumatına görə, o, bu haqda "Canal+"a açıqlama verib.
"Əl-Nəsr" Kriştiano Ronaldonu transfer etməsinin ardından əcnəbi oyunçularla bağlı məhdudiyyət səbəbindən onu qeydiyyatdan keçirə bilmək üçün Abubakarla müqaviləsini ləğv edib. Bundan sonra Abubakar Türkiyənin "Beşiktaş" klubuna keçib.
31 yaşlı mərkəz hücumçusu açıqlamasında əslində həmin vaxt Ronaldonun ondan "Əl-Nəsr"də qalmasını istədiyini deyib: “Kristiano ilə müqavilə bağladıqdan sonra, hələ o gəlməmişdən əvvəl məşqçiyə ayrılmaq istədiyimi bildirdim. Ronaldo məndən qalmağımı istədi. Klub da ən azından mövsümün sonuna qədər komandada qalmağımı istəyirdi. Amma mən getmək niyyətində idim və ayrıldım. "Əl-Nəsr" mövsümün sonunadək mənim maaşımı ödəməyə hazır idi".
Qeyd edək ki,daha əvvəl Abubakar "Əl-Nəsr"lə müqaviləsi ləğv olunduqdan sonra 37 yaşlı hücumçuya söz atmışdı. O, Ronaldonu Lionel Messi ilə müqayisə edərək demişdi: "Mən həmişə Messinin Ronaldodan daha yaxşı olduğunu düşünürdüm və Ronaldo ilə məşq etdikdən sonra haqlı olduğumu başa düşdüm".
Əlavə edək ki, Ronaldo dekabrın 30-da “Əl-Nəsr”ə transfer olunub.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı