Dağıntılar altında qalan futbolçu dünyasını dəyişdi

Dağıntılar altında qalan futbolçu dünyasını dəyişdi
XƏBƏR 7 Fevral 2023 / 14:35 4119
-  A +

Türkiyədə baş verən zəlzələnin daıntıları altında qaldığı üçün dünyasını dəyişənlər arasında futbolçu da var.

Qol.az "Hürriyet"ə istinadən xəbər verir ki, həvəskar statuslu BAL Liqasında çıxış edən "Kahramanmaraş İstiklalspor"un futbolçusu Taner Kahriman faciəvi şəkildə həyatını itirib.

25 yaşlı oyunçu dağıntılar altından çıxarılsa da, xəstəxanada vəfat edib.

Qeyd edək ki, Taner Kahriman karyerası ərzində "Orduspor" və "Artvin Hopaspor"un formasını geyinib.


Son xəbərlər