"Real" rəhbərliyi komandanın baş məşqçisi Karlo Ançelottiyə inamını itirir.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Madrid təmsilçisinin son vaxtlardakı uğursuz nəticələridir. Komanda İspaniya Superkubokunda "Barselona"ya uduzaraq (1:3) mükafatı əldən verib. Həmçinin "Real" La Liqada lider "Barselona"dan 8 xal geri qalır. Ona görə də Ançelottinin "Real"dəki mövqeyi zəifləyib.
Klub rəhbərlərinin 63 yaşlı mtəxəssisə inamı qırılıb. Bu baxımdan klublararası dünya çempionatındakı çıxış Ançelotti üçün həlledici ola bilər. Məşqçinin bu mövqeyi təkcə "Real"ın nəticələri deyil, həm də komandanın ümumi oyununu ilə bağlıdır.
Artıq "Real" rəhbərliyində ona qarşı münasibətin dəyişdiyini bilən Ançelottinin səhv etmək şansı qalmayıb. O, bunu sakitliklə qəbul edir. Çünki çalışdırıcı "Real"ın tələblərinin nə olduğunu bilir və başa düşür. Həm də məşqçi anlayır ki, klub uğursuzluğa reaksiya nümayiş etdirməlidir. Ançelotti "Real"a kuboklar qazandırmalı olduğunu bilir.
Qeyd edək ki, “Real” klublararası dünya çempionatının yarımfinalında sabah “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, "Kral klubu" La Liqanın turnir cədvəlində 45 xalla 2-cidir. Sıralamaya 53 xalla "Barselona" liderlik edir.
Əlavə edək ki, Ançelotti 2021-ci ildən "Real"ı çalışdırır. Komanda ötən mövsüm onun baş məşqçiliyi altında La Liqanın və Çempionlar Liqasının qalibi olub.
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı