Bu mövsümün sonu "Qarabağ"ın futbolçusu Ramil Şeydayevin klubla müqaviləsi başa çatır.
Mediada “Qarabağ”ın 26 yaşlı hücumçuya yeni müqavilə təklif etdiyi, lakin oyunçunun Ağdam klubunun təklifini hələ cavablandırmadığı barədə məlumatlar yayılıb. Burada əsas səbəb kimi, Ramilin xarici ölkələrin klublarından təklif alması göstərilib.
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az saytına R.Şeydayevin 2022/23 mövsümünün sonunda müqaviləsinin başa çatacağını təsdiq edib. Onun sözlərinə görə, indi hələlik yalnız qarşıdakı oyunları düşünürlər, lakin bu mövsümün sonunadək Ramilə yeni müqavilə təklif edəcəklər:
"Ölkə çempionatında "Sabah"la, Konfrans Liqasında isə "Gent"lə önəmli matçlarımız var. Klub olaraq hazırda bu oyunları düşünürük. Bu məsələ daha çox həmin oyunlardan sonra müzakirə ediləcək. Bəli, Ramilin müqaviləsi mövsümün sonunda bitir. Klub olaraq onun qalmasının tərəfdarıyıq. Ramilə öz təklifimizi edəcəyik. Mövsümün sonunadək kifayət qədər vaxtımız var. İnanıram ki, Ramillə ortaq məxrəcə gəlinəcək, razılıq əldə ediləcək. Amma bu, hələ müzakirə mövzusu deyil. Çünki dediyim kimi, biz indi daha klub olaraq qarşıdakı oyunlara köklənmişik".
Qeyd edək ki, Ramil Şeydayev "Qarabağ"la indi qüvvədə olan müqaviləsini 2021-ci ildə bağlayıb.
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı