"Gent"in futbolçusu "Qarabağ"la oyun öncəsi xal itkisi istəmir

"Gent"in futbolçusu "Qarabağ"la oyun öncəsi xal itkisi istəmir
XƏBƏR 7 Fevral 2023 / 10:53 1053
-  A +

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçika "Gent"inin futbolçusu Alessio Kastro Montes açıqlama verib.

Qol.az Belçika mətbuatına istinadən xəbər verir ki, o, ölkə çempionatında "Vesterlo" ilə səfər matçı öncəsi deyib: “Biz sadəcə irəliləməliyik. Yeni xal itkisindən qətiyyən söhbət gedə bilməz. Bu oyundan sonra "Qarabağ"la qarşılaşacağıq. Bakıya qələbə ilə getmək istəyirik".

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 23-də Gentdə keçiriləcək.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner