"Maraqlı oyun izlədik. Gəncədən gəlib bizə 90 dəqiqə dəstək olan fanatlara təşəkkür edirəm. Təəssüf ki, onları sevindirə bilmədik. Ümumilikdə komanda yaxşı oyun nümayiş etdirdi. Bu qədər qol epizodları yaratdığımız matç yadıma gəlmir".
Qol.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 20-ci turunda bu gün "Səbail"lə səfərdə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Futbolda belə hallar olur. Kaş ki, pis oynayıb qalib gələrdik. Rəqibdən qat-qat üstün futbol nümayiş etdirdik. Futbolçuların zəhmətinə heyfim gəlir. Qarşıda 16 tur var. Turnir cədvəlindəki mövqeyimizi düzəltməyə çalışacağıq. Son pilləyə düşməyimiz futbolçuları daha da motivasiyalı, aqressiv edəcək. Həyatda belə proseslər baş verir. Vəziyyətdən çıxmağa çalışacağıq".
T. Əhmədov matçdan sonra azarkeşlərin "istefa" şüarı səsləndirməsinə münasibəti bildirib: "Heç bir azarkeş istəməz ki, komandası sonuncu pilləyə düşsün. Biz də bunu istəmirik. Onsuz da mən komandanı götürəndə sonuncu pillədə idi. Həyat davam edir. Azarkeşləri başa düşürəm. Təbii də qarşılayıram. Klubun idarə heyəti var. Bu barədə söhbət edəcəyik. "Kəpəz"i 6-cı turda sıfır xalla götürmüşdüm. Demişdim ki, qışa qədər 9-12 xal toplayacağıq. Əlimizdən gələnin maksimumunu edəcəyik".
Baş məşqçi əvəzedici heyətə göndərdiyi Elvin Yunuszadəni əsas komandaya qaytarmaq fikrində olmadığını deyib: "Bu məsələlər artıq bağlanıb. O futbolçuya əsas komandada ehtiyac duymuram. Açıqlama vermək istəmirəm. Biz də futbolçu olmuşuq. Əgər məşqçi irad bildirirsə, futbolçu etdiyi əmələ görə üzrxahlıq etmirsə, əvəzedici heyətdə məşqlərə qatılmırsa, belə olan halda məsələ mənim üçün bağlanıb".
Baş məşqçi hakimlik haqqında da danışıb: "Bir neçə oyunda bizim haqqımız yeyilib. Birinci hissədə iki eyni epizod oldu. Bizim oyunçuya sarı vərəqə verildi, rəqibə isə verilmədi. Buna görə reaksiya verdim. Hakim də insandır, səhvləri olur. Amma elə səhvlər var ki, matçın taleyini həll edir. Bu gün hakimin elə bir səhvi yox idi".
Əhmədov "Kəpəz"də futbolçuların əvəzedici heyətə göndərilməsinin geniş müzakirələr yaratması haqda da fikir bildirib: "Komandanın içi, çölü, hər tərəfi söz-söhbətdir. "Kəpəz" Premyer Liqaya təzə gəlib. Çalışırıq ki, nəsə edək. Oyuna iki gün qalmış söz-söhbətlər ortaya atılır. Daxildə elə adamlar var ki, zamanında bəzi məlumatları sızdırdılar. Bir futbolçunu etdiyi əmələ görə yola salmışam. Komandanın içində mənə dedi ki, sənin haqda elə sözlər deyəcəm ki, bir Allah bilir. Mən də dedim ki, ürəyin istəyən şeyi deyə bilərsən. Mənim həyatda qorxduğum nəsə yoxdur. Önəmli adamam ki, haqqımda danışırlar. İşlədiyim hər klubda nəticə vermişəm. Oyun satan da deyiblər. Bu qumarı çıxaranın Allah bəlasını versin. Onu oynayanın da Allah bəlasını versin. Ümumiyyətlə deyirəm. 52 yaşım var, hələ bilmirəm ki, hansı qumar necə oynanılır. Adıma min dənə söz çıxarırlar. Haqqımda danışan futbolçular özləri bilsin, Allahları bilsin. Əlavə heç nə demirəm. Kim nə istəyir yazsın. Bu komandanın daxili çölündən, çölü daxilindən betərdir. Nə qədər çalışırsan ki, kollektiv formalaşdırasan, alınmır ki, alınmır. Komanda bu gün normal oynayır. Məğlubiyyət də olacaq, qələbə də. Mən bu günlə yaşamıram, nəticə üçün yaşayıram. Nə deyirlər, desinlər. Əgər Tərlanın molla dostu varsa, niyə iki il işsiz qalıb? Molla kömək edə bilmədi? İşlədiyim bütün klublarda maddi cəhətdən çətinlik olub. İş gedən yerdə söz-söhbətlər olacaq. İrəlidə gedən adama badalaq vuran çox olur. Demək ki, mən önəmli adamam, haqqımda bu qədər söhbətlər gedir".
Baş məşqçi azarkeşlər arasında insident olmasına, bıçaqlanma hadisəsinə də münasibət bildirib: "İndi eşitdim. Çox üzücü hadisədir. Həmin azarkeşə baş çəkəcəyik. Futbolda belə hadisələr olmamalıdır. Fanatlıq, kluba sevgi başqadır. Çalışacağıq ki, Gəncədə belə hadisələr baş verməsin. Gəncə camaatı hər zaman öz komandalarına sevgi ilə yanaşıblar. Stadionda ən çox azarkeş zamanında "Kəpəz"in oyunlarında olub. Amma belə bir insident baş verməyib. Düşünürəm ki, "Kəpəz" azarkeşləri hansısa insident etsinlər. Mənim fikrimcə, onlar komandalarına sevgi və sayğını daha üstün tuturlar".
PSJ-dən Ramosa şərt
"Barselona"da növbəti itki
Mövsümdə 4-cü baş məşqçi təyinatı
"Bayer" - "Bavariya" matçında kuryoz hadisə
"Sevilya"nın yeni baş məşqçisi açıqlandı
Alaba Azərbaycanla matçda oynayacaq?
"Barselona"nın Xavi planı
İbrahimoviç milliyə qayıdışından danışdı
Deşam Mbappenin kapitan olduğunu təsdiqlədi
Kvaratsxeliyanın dəyəri 25 milyon artdı
Rövnəq Abdullayev milli üzvləri ilə görüşdü - Şəkillər
Derbi öncəsi "Fənərbaxça"da problemlər
Sampaoli istefaya göndərildi - Rəsmi
"Milan" Piolidən narazıdır
"İnter" Hakanı satır
Yayda "Bavariya"dan ayrıla bilər
Əliyar Ağayev Avro-2024-də bu oyuna təyinat aldı
Avstriya - Azərbaycan oyununa hakim təyinatları açıqlandı
PSJ-nin əsas transfer hədəfi Mourinyodur
Roy Hocson bu kluba qayıtdı
Haaland bu oyunları buraxacaq
Qrizmann Fransa millisindən ayrıla bilər
Milli komandamız Avropa çempionatına 21 idmançı ilə yollandı
"Qalatasaray"a transfer cəzası
"PSJ-dən ayrılmaq həyatımın ən böyük səhvi oldu"
Qapıçını yumruqla vuran azarkeşə 40 illik cəza
Konte komanda üzərində nəzarəti itirib
Məşhur futbolçu karyerasını başa vurdu
Nəriman Abbasovdan 29-cu qələbə
Mbappe millinin yeni kapitanı oldu
"Biz "Barselona"da Messini gözləyirik"
"Real" futbolçusuna 1 milyard avro qiymət qoymaq istəyir
Anton qol ötürməsi verdi, “Deajeon” qalib gəldi
Böyük Dəbilqədə iştirak edəcək cüdoçularımız açıqlandı
Millimizin heyətində dəyişiklik
“Barselona” rekord gəlir əldə etdi
Rüfətin komandası uduzdu
Mahir Emrelinin son durumunu bilindi
"Sevilya" Sampaolini istefaya göndərir
Avstriyanın daha 3 futbolçusu millimizlə oyunu buraxacaq
Almaniya millisinin heyətindən çıxarıldı
"Qəbələ" "Neftçi" ilə qarşılaşacaq
"Fənərbaxça"nın tarixinə düşdü
11 illik sindromu qırdılar
Pablo Maçin istefaya göndərildi