Gənclər və İdman Nazirliyi, həmçinin, Azərbaycan Tennis Federasiyası “Böyük dəbilqə” seriyalı “Australia Open” tennis turnirində keçirilən oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanovun təxribatı ilə bağlı Rusiyanın müvafiq qurumlarına, Beynəlxalq Tennis Federasiyasına və “Australia Open” tennis turnirinin təşkilatçılarına müvafiq müraciətlər ünvanlayıb.
Qol.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin bəyanatında bildirib. Bəyanat qeyd olunub:
Həmçinin oxuyun: “Australian Open” turnirində Azərbaycana qarşı növbəti təxribat - Şəkil
"Hazırda davam edən “Böyük dəbilqə” seriyalı “Australia Open” tennis turniri çərçivəsində 20 yanvar 2023-cü il tarixində baş tutan oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanov rəqibinə qalib gəldikdən sonra idmançı adına yaraşmayan, Beynəlxalq Tennis Federasiyasının və hazırda iştirak etdiyi turnirin davranış qaydalarına zidd olan təxribat törətmiş və beynəlxalq turnirlərdə çıxış edən tennisçilərə məxsus bir ənənəni siyasiləşdirməyə cəhd etmişdir. Eyni hal idmançı tərəfindən turnirin növbəti mərhələsi çərçivəsində baş tutan oyundan sonra da təkrarlanmışdır.
Baş vermiş hallarla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyası tərəfindən ikitərəfli qaydada Rusiya Federasiyasının müvafiq qurumlarına, eləcə də Beynəlxalq Tennis Federasiyası və “Australia Open” tennis turnirinin təşkilatçılarına müvafiq müraciətlər ünvanlanmış, bu təxribatçı addımlarına görə tennisçinin cəzalandırılması və belə bir halın təkrarlanmasına yol verilməməsi tələb edilmişdir.
Rusiya Federasiyasının müvafiq qurumları tərəfindən məsələnin araşdırılacağı və idmançıya müvafiq xəbərdarlığın olunacağı vəd edilmişdir".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi