Tennis üzrə “Australian Open” turnirində Azərbaycana qarşı növbəti təxribata yol verilib.
Qol.az xəbər verir ki, yarışda Ermənistanla yanaşı Qarabağdakı separatçı rejiminin bayrağı açılıb. Bunlar turnirdə iştirak edən bir qrup erməni tərəfindən həyata keçirilib.
Qeyd edək ki, bu təxribatçı əməl turnirdə Rusiyanı təmsil edən erməni əsilli tennisçi Karen Xaçanovun təşəbbüsü ilə Yaponiya idmançısı Yesexito Nisioka ilə bugünkü görüş zamanı törədilib. Bu, həmin yarışda Xaçanovun ilk belə qanunsuz addımı deyil. O, yanvarın 20-xə ABŞ tennisçisi Frensis Tiafonunu məğlub etdiyi görüşdən sonra qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb. O, obyektivin üzərinə "Artsakh stay strong" ("Artsax, möhkəm ol" ) sözlərini yazıb.
Bundan sonra Azərbaycan Tennis Federasiyası (ATF) bəyanat yayaraq Xaçanovun qeyri-idman hərəkətini pisləyib. ATF beynəlxalq federasiyaya ünvanlanmış məktubda Azərbaycana qarşı yönəlmiş təxribatla bağlı faktlar və hüquqi sənədlər təqdim olunduğunu vurğulayıb. “Azərbaycan Tennis Federasiyası olaraq bu hadisəni pisləyir və bir daha belə halın yaşanmaması üçün həmin tennisçinin cəzalanması, həmçinin gələcəkdə də bu cür hadisələrin olmaması üçün sözügedən qurumdan daha sərt tədbirlərin görülməsi tələb olunub. Ümid edirik ki, tez bir zamanda məsələ obyektiv həllini tapacaq" - deyə bəyanatda bildirilib.

AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı