Həndbol millimiz Avropa çempionatına qələbə ilə başladı

Həndbol millimiz Avropa çempionatına qələbə ilə başladı
XƏBƏR 13 Yanvar 2023 / 19:56 1975
-  A +

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda keçirilən 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirinə qələbə ilə başlayıb.

Qol.az xəbər verir ki, yığma ilk oyununda Maltaya  qalib gəlib.

Millimiz fasiləyə 18-6 hesablı üstünlüklə yollanıb. İkinci hissədə də təşəbbüsü əldən verməyən həndbolçularımız 34-25 hesabı ilə qələbə qazanıblar. 

Oyunun ən yaxşısı Azərbaycan millisinin üzvü Ramazan Muradov seçilib. Həndbolçuya mükafatı gənclər və idman nazirinin müavini Mariana Vasileva təqdim edib.

Yığma növbəti oyununu yanvarın 14-də Böyük Britaniya seçməsinə qarşı keçirəcək. Görüş saat 17:00-da başlayacaq. Bu qarşılaşmadan əvvəl isə - saat 14:45-də Malta və Kipr kollektivləri üz-üzə gələcəklər.

Qeyd edək ki, 1-ci turun digər matçında Böyük Britaniya millisi Kiprlə heç-heçə edib - 25:25.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner