“Qarabağ”ın rəqibi futbolçusunu Bundesliqa klubuna satdı

“Qarabağ”ın rəqibi futbolçusunu Bundesliqa klubuna satdı
XƏBƏR 13 Yanvar 2023 / 17:00 1575
-  A +

“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” bir futbolçusu ilə yollarını ayırıb.

Qol.az Belçika klubunun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Andreas Hançe-Olsen karyerasını Almaniyada davam etdirəcək.

Norveç millisinin üzvü Bundesliqa təmsilçisi “Maynts”la anlaşıb. Almaniya klubu 26 yaşlı mərkəz müdafiəçisi ilə 3.5 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab görüşü isə 23-də Gentdə keçiriləcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner