Çexiyalı məşqçi: "Səbail"dən daha yaxşı oynadıq"

Çexiyalı məşqçi:  "Səbail"dən daha yaxşı oynadıq"
XƏBƏR 13 Yanvar 2023 / 10:40 1999
-  A +

Çexiyanın "Bohemians" klubunun baş məşqçisi Yaroslav Veselinin köməkçisi İvan Haşek "Səbail"ə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Qol.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında 0:0 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

"İlk 25 dəqiqədə üstünlük bizdə idi. Sonra rəqib oyunu bərabərləşdirdi. Mükəmməl meydançada oynadıq və yaxşı kombinasiyalar qura bildik. Yaxşı şanslarımız olsa da, dəyərləndirə bilmədik. Bu, ayıbdır.

Fasilədən sonra da üstünlük bizdə idi. "Səbail"dən daha yaxşı oynadıq. Topu saxladıq, imkanlar yaratdıq. Əfsuslar olsun, qol vura bilmədik".


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner