"Hazırlıq prosesinin ən böyük sürprizi Mahir Emrelidir" - Xorvatiya mətbuatı

"Hazırlıq prosesinin ən böyük sürprizi Mahir Emrelidir" - Xorvatiya mətbuatı
XƏBƏR 12 Yanvar 2023 / 12:24 7139
-  A +

"Rovin şəhərində keçirilən təlim-məşq toplanışına baxanda müəyyən etmək olur ki, hazırlıq prosesinin ən böyük müsbət sürprizi Mahir Emrelidir".

Qol.az xəbər verir ki, bu sözlər Xorvatiyanın "Sportske jutarnji" qəzetində dərc olunan yazıdan götürülüb. Nəşr Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin də üzvü olduğu "Dinamo" Zaqrebin düşərgəsindən reportaj hazırlayıb.

Bu zaman Emrelinin məşqdə özünü yaxşı tərəfdən göstərdiyi bildirilib: "Azərbaycanlı futbolçu son dərəcə kaprizli, güclü və aqressiv görünürdü. Şübhə yoxdur ki, o, həqiqədən özünü Çaçiçə ("Dinamo"nun baş məşqçisi - red.) göstərmək istəyir. Maraqlıdır ki, qışda Emrelinin komandadan gedəcəyinə dair ehtimallar var idi. Amma gördüklərimizdən bizdə belə qənaət formalaşıb ki, yazda onun həm hücumun sağ cinahında, həm də mərkəzdə oynamaq üçün çox şansı olacaq. Petkoviçin mümkün gedişindən sonra isə onun qarşısında böyük imkanlar açılacaq" - deyə yazıda bildirilib.

Xatırladaq ki, M.Emreli bu mövsüm Xorvatiya yüksək liqasında 7 oyun keçirib, 3 qol vurub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner