Nigeriyalı futbolçular "Kəpəz"in məşqinə qoşuldular

Nigeriyalı futbolçular "Kəpəz"in məşqinə qoşuldular
XƏBƏR 11 Yanvar 2023 / 18:15 3215
-  A +

Türkiyədə toplanışda olan "Kəpəz" məşqləri davam etdirir. 

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son iki gündə Antalyada havanın yağışlı olması hazırlıq prosesinə təsir etməyib. Futbolçular baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında  çalışıblar. 

Viza məsələsinə görə Antalyaya səfərləri ləngiyən Ahmed Ayzaya ilə Abdullahi Şuaybu artıq bu gündən komanda ilə birgə məşqlərə başlayıb. Onlar düşərgəyə qoşulan kimi səhər hazırlığında iştirak ediblər. 

Bu gün axşam saatlarında komanda daha bir məşqə çıxacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner