Qvardiola: "Yunayted"lə oyun üçün gülünc fikirlərim var"

Qvardiola: "Yunayted"lə oyun üçün gülünc fikirlərim var"
XƏBƏR 11 Yanvar 2023 / 17:22 2739
-  A +

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 19-cu turunda "Mançester Yunayted"lə keçirəcələri oyun barədə danışıb.

Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, mütəxəssis hələ rəqibin son matçlarını analiz etmədiklərini deyib:  

“Mən istərdim ki, bütün oyunçularımız “Yunayted”lə oyundan əvvəl orta hesabla eyni sayda dəqiqə oynasınlar. Çünki onlarla matç üçün bəzi gülünc fikirlərim var. “Mançester Yunayted”lə oyun üçün dəqiq heyətim yoxdur. Onların son oyunlarına hələ baxmamışam. "Mançester Yunayted"in evdə necə oynadığını, nəyisə dəyişib-dəyişdirmədiyini dəyərləndirməliyik. Mən hələ də bunu öyrənməliyəm".

Qeyd edək ki, yanvarın 14-də "Old Trafford" stadionunda  keçiriləcək "Siti" - "Yunayted" matçı Bakı vaxtı ilə 16:30-da başlayacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner