PSJ maaşlara rekord məbləğ xərcləyib

PSJ maaşlara rekord məbləğ xərcləyib
XƏBƏR 11 Yanvar 2023 / 15:28 2152
-  A +

PSJ-nin ötən mövsüm üçün maliyyə hesabatını açıqlanıb.

Qol.az "Football Benchmark"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi maaşlara 728 milyon avro xərcləyib. Bu da futbol tarixində ən böyük məbləğdir. 2021-ci ilin yayında Lionel Messi, Əşraf Hakimi və Canluici Donnarummanın transferindən sonra PSJ-nin maaş xərcləri 45 faiz artıb.

Qeyd olunur ki, PSJ-nin məvaciblərlə bağlı xərcləri 670 milyon avro təşkil edən gəliri üstələyir. PSJ-nin 369 milyon avro xalis itkisi var və bu, futbol tarixinin ən pis göstəricilərindən biridir. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner