Ronaldo DÇ-2030-a namizədlik üçün səfir olmayacaq

Ronaldo DÇ-2030-a namizədlik üçün səfir olmayacaq
XƏBƏR 11 Yanvar 2023 / 09:05 1884
-  A +

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna transfer olunan Kriştiano Ronaldo ölkənin DÇ-2030-a namizədliyinin səfiri olmayacaq.

Qol.az xəbər verir ki, bu barədə "Əl-Nəsr" məlumat yayıb. Daha əvvəl 37 yaşlı forvardın Səudiyyə Ərəbistanının 2030-cu il dünya çempionatı üçün müraciətinin səfiri olacağı və bunun üçün 200 milyon avro alacağı bildirilirdi.

"Əl-Nəsr" mediada yayılan xəbərlərin əksinə olaraq, bildirib: "Onun əsas diqqəti "Əl Nəsr"ə və klubun uğur qazanmasına kömək etmək üçün komanda yoldaşları ilə işləməkdir".

Qeyd edək ki, Ronaldo ötən il dekabrın 30-da "Əl-Nəsr"lə 2 illik müqavilə imzalayıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner