"Əla hisslər keçirirəm. Mən əvvəllər Azərbaycanda olmuşam. "Neftçi"ni tanııram, böyük klubdur. Əlbəttə ki, hər bir futbolçu "Nefti"də oynamaq istəyər. "Neftçi" çox tanınmış klubdur, böyük tarixə malikdir. Komandanın çoxlu azarkeşləri var. Çox xoşbəxtəm".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Höccət Haqverdi klubun televiziyasına açıqlamasında deyib. 29 yaşlı müdafiəçi paytaxt təmsilçisinə keçidi barədə danışıb. O, "Neftçi"də özünü göstərmək üçün çox istəkli olduğunu deyib:
"Burada öz oyunumu göstərmək üçün çox istəkliyəm. İran çempionatında fasilə yaranmışdı. Təbii ki, hər bir çempionatda fasilə olanda futbolçular istirahətə gedirlər. Amma peşəkar futbolçu kimi öz bədəninin qayğısına qalmalısan. Bir neçə gün istirahət etdikdən sonra məşqçimlə birlikdə məşqlərə başladım. İndiki halda özümü 80 faiz hazır hiss edirəm. Komanda ilə məşqlərə qoşulmalıyam ki, özümü 100 faiz hazır hiss edim".
H.Haqverdinin sözlərinə görə, komandanın və özünün inkişaf etməsi üçün rəqabət vacibdir: "Əlbəttə ki, uğur qazanmaq istəyirsənsə, futbolçular arasında rəqabət olmalıdır. Bu, daha maraqlı olur. Hər bir futbolçu start heyətdə yerini möhkəmləndirmək üçün mübarizə aparmalıdır. Bu, təkcə mənim üçün deyil, komandanın uğurları üçün də faydalıdır".
Millimizin üzvü olan H.Haqverdi bildirib ki, artıq baş məşqçi Laurentsiu Regekampfla da söhbətləşib: "Buraya gələndən sona baş məşqçi ilə aramızda danışıq oldu. O, mənim hazırkı vəziyyətim, hazırlığım haqqında suallar verdi. Məndən nələr istədiyini izah etdi. Hər şey mənə aydın oldu. Hər şey qaydasındadır".
Futbolçu deyir ki, "Neftçi"nin çempionluq uğrunda yarışmasını istəyir: "Bayaq vurğuladığım kimi, "Neftçi" böyük addır. Nəinki Azərbaycanda, hətta başqa ölkələrdə də. Yəni, biz 2-ci, 3-cü, 4-cü yerlər uğrunda yox, çempionluq üçün mübarizə aparmalıyıq. Bu, mənim əsas məqsədimdir. Çempionatda birinci yer uğrunda mübarizə aparmalıyıq və kuboku əldə etməliyik. Ümid edirəm ki, bundan sonra Avropada da uğur qazanarıq".
Qeyd edək ki, H.Haqverdinin son klubu "Traktor" olub. Futbolçu ötən gün "Neftçi" ilə 1,5 illik müqavilə imzalayıb.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı