PSJ-nin sahibləri İngiltərənin nəhəng klublarından birini ala bilər

PSJ-nin sahibləri İngiltərənin nəhəng klublarından birini ala bilər
XƏBƏR 10 Yanvar 2023 / 09:00 1775
-  A +

PSJ-nin sahibi olan Qatar Sports Investments (QSI) İngiltərə Premyer Liqasında mübarizə aparan bir neçə klubu almağı düşünür.

Qol.az “The United Stand”ə istinadən xəbər verir ki, şirkət “Mançester Yunayted” və ya “Liverpul”u almaq imkanını nəzərdən keçirir.

Qeyd olunur ki, “Qatar Sports Investments” bu klublardan birinin səhmlərinin ya tam, ya da bir hissəsini almaq barədə düşünür. “Mançester Yunayted” hazırda 35 xalla Premyer Liqa cədvəlinin 4-cü, "Liverpul" isə 28 xalla 6-cı pillədə qərarlaşıb.

Daha əvvəl şirkətin "Tottenhem”i almaq üçün danışıqlara başladığı bildirilirdi.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner