"Neftçi"nin yeni transferi "Traktor"la vidalaşdı

"Neftçi"nin yeni transferi "Traktor"la vidalaşdı
XƏBƏR 10 Yanvar 2023 / 00:39 2422
-  A +

"Neftçi"nin yeni transferi Höccət Haqverdi ayrıldığı Təbrizin "Traktor" klubu ilə vidalaşıb.

Qol.az xəbər verir ki, millimizin üzvü özünün "İnstaqram səhifəsində yazıb:

"Əziz azarkeşlər, yarım mövsüm sizinlə birlikdə olduq. Şübhəsiz, ayrı qalmaq mənim üçün asan olmayacaq, Azərbaycanın mehriban sakinləri. Amma ümid edirəm ki, daha sonra daha yaxşı şəraitdə dəstəyinizə qarşılıq olaraq, yenidən "Traktor"un formasını geyinə biləcəyəm. Hər birinizə sevgilər, əziz fanatlar. Sonda komandaya mövsümün qalan hissəsində uğurlar arzulayıram", - təcrübəli oyunçu yazıb.

Qeyd edək ki, H.Haqverdi "Neftçi" ilə 1,5 illik müqavilə imzalayıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner